Lənkəranda ürək əməliyyatı keçirən müəllim vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə məlumat məktəbin sosial şəbəkə hesabında paylaşılıb.
Belə ki, İ.Mahmudov adına Liman şəhər 1 nömrəli məktəbin müəlliməsi Talibə Ağayeva 61 yaşında dünyasını dəyişib.
Onun bir neçə gün öncə açıq ürək əməliyyatı keçirdiyi bildirilir.
Məlumata görə, mərhum müəllimə uzun illər ingilis dili fənni üzrə tədris aparıb.