Sumqayıtda müəllim dərs zamanı vəfat edib.
Bu barədə Lent.az-a Abşeron Regional Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Səbinə Məmmədova məlumat verib.
Hadisə şəhərin İsmət Qayıbov adına 1 saylı tam orta məktəbində qeydə alınıb.
Təhsil müəssisəsinin rus bölməsi üzrə Azərbaycan dili müəllimi 63 yaşlı Camalov Şaiq Cəbrayıl oğlu bu gün səhər saatlarında dərs zamanı özünü pis hiss etdiyi üçün otaqdan çıxıb. O, məktəb əməkdaşalrına yaxınlaşaraq məlumat verib. Hava almaq üçün pəncərənin yanına yaxınlaşan müəllim, oradaca ürəktutmasından vəfat edib.