Azərbaycanda kütləvi zəhərlənmə - 1 ÖLÜ  -YENİLƏNİB
09 iyul 2022 22:24 (UTC +04:00)

Azərbaycanda kütləvi zəhərlənmə - 1 ÖLÜ -YENİLƏNİB

0

Siyəzəndə 5 nəfərin zəhərlənməsi, bir nəfərin ölümü ilə nəticələnən hadisə ilə bağlı TƏBİB-dən Lent.az-a bildirilib ki, zəhərlənənlərdən biri Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.
Onun vəziyyəti ağırdır. Diğər 3 nəfərin vəziyyəti normaldır.
 

***

21.35

Siyəzəndə 5 nəfər zəhərlənib. 

Lent.az-ın APA-ya istinadla verdiyi məlumata görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb. 

Kənd sakini, 1988-ci il təvəllüdlü Quliyev Rahib Əsəd oğlu, onun 3 azyaşlı övladı və bir dostu hisə verilmiş balıqdan zəhərlənib. R.Quliyev Siyəzən Regional Diaqnostika Mərkəzində ilkin tibbi yardımdan sonra Bakıya göndərilib. Tibb müdaxiləyə baxmayaraq o, Respublika Toksikologiya Mərkəzində dünyasını dəyişib. 

Digər şəxslərə zəruri tibbi yardım göstərilib.

Faktla bağlı araşdırmalar aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3611

Oxşar yazılar