Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə şəhər sakini, 27 yaşlı A. Hüseynovanın kəsici-deşici alətlə çoxsaylı bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan Lent.az-a verilən məlumata görə, polis öməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, xərərçəkmişin həyat yoldaşı, 37 yaşlı Rafael Hüseynov salxanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.