Azərbaycanda kart hesabından 3650 manatı  belə oğurladılar
17 fevral 2025 11:18 (UTC +04:00)

Azərbaycanda kart hesabından 3650 manatı belə oğurladılar

Hacıqabulda kiberdələduz saxlanılıb.  

Lent.az xəbər verir ki, rayon sakini olan bir nəfər avtomobil mühərriki satmaq üçün elan saytlarının birində məlumat paylaşıb. Bir müddət sonra Rusiya Federasiyasının vətəndaşı olan və hal-hazırda Şəmkir rayonunda yaşayan Roman adlı şəxs ona mühərriki alacağı barədə geri dönüş edib və pul göndərmək üçün vətəndaşdan bank kartının məlumatlarını istəyib. Bütün məlumatları əldə etdikdən sonra isə dələduz zərərçəkənin kart hesabından 3650 manat vəsaiti digər bir karta köçürərək sonuncuya maddi ziyan vurub.

Roman İsmailov polis əməkdaşları tərəfindən müəyyən edilərək məsuliyyətə cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3598

Oxşar yazılar