Azərbaycanda jurnalist qadına HÜCUM:  Boğazına bıçaq dirəyib...  -YENİLƏNİB
09 may 2022 01:57 (UTC +04:00)

Azərbaycanda jurnalist qadına HÜCUM: Boğazına bıçaq dirəyib... -YENİLƏNİB

0

Jurnalist Aytən Məmmədovadan izahat alınıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, polis hadisə ilə bağlı jurnalist Aytən Məmmədovadan evində izahat alıb.

***

01.01

Jurnalist Aytən Məmmədovaya bıçaqla hücum olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, 9 mikrorayonda baş verib.

Aytən Məmmədovaya yaşadığı binanın blokunda hücum edilib. Onun arxasınca liftə girən bir nəfər bıçağı boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə hədələyib, yazmamasını tələb edib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı məlumat daxil olub və araşdırmalara başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4231

Oxşar yazılar