Azərbaycanda HƏCC DƏLƏDUZLUĞU:  Hacı Təvəkkül 67 nəfəri belə aldatdı
06 aprel 2024 17:06 (UTC +04:00)

Azərbaycanda HƏCC DƏLƏDUZLUĞU: Hacı Təvəkkül 67 nəfəri belə aldatdı

Azərbaycanda ziyarətə getmək istəyənlərə qarşı dələduzluq edilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, 49 yaşlı Təvəkkül adlı şəxs Bakı, Sumqayıt və Abşeron ərazisində Məşhəd, Kərbəla, Həcc və Ümrə ziyarətlərinə getmək istəyən ümumilikdə 67 nəfəri aldadıb. Zərərçəkənlərdən 50-si qadın, 17-si kişidir. Təqsirləndirilən şəxs onların hər birindən ziyarət ediləcək yerə görə 1000 və 5000 manat aralığında pul alıb.

Beləcə, Təvəkkül onların ümumilikdə 158 min 318 manatını ələ keçirib. Dələduzluq əməlləri 2023-cü ilin yanvarın 10-dan həmin il oktyabrın 22-dək davam edib.

Məlumata görə, Təvəkkül özü də aldatdığı şəxslərlə birgə əvvəllər bir neçə dəfə ziyarətlərdə olub. Beləcə aldatdığı adamların inamını qazanıb və Hacı Təvəkkül kimi tanınıb.

Hacı Təvəkkül Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq xeyli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, Hacı Təvəkkül əvvəllər də dələduzluq əməllərinə görə məhkumluq həyatı yaşayıb.

Hazırda cinayət işi üzrə məhkəmə istintaqı davam edir.

# 4131
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Şəkidə 68 yaşlı qadın qəzada öldü

Şəkidə 68 yaşlı qadın qəzada öldü

6 may 2024 , 01:26
Ağstafada "Niva" qəza törətdi, 3 yaralı var

Ağstafada "Niva" qəza törətdi, 3 yaralı var

5 may 2024 , 20:50
Bakıda DƏHŞƏT:  Ər arvadını boğub öldürdü

Bakıda DƏHŞƏT: Ər arvadını boğub öldürdü

5 may 2024 , 16:28
Tibb bacısı  qocalar evində   17 yaşlı insanı öldürüb

Tibb bacısı qocalar evində 17 yaşlı insanı öldürüb

5 may 2024 , 13:56
Bakıda ər həkim xanımını bıçaqladı -YENİLƏNİB

Bakıda ər həkim xanımını bıçaqladı -YENİLƏNİB

5 may 2024 , 11:20
Bakıda yanğın:  1 nəfərin meyiti tapıldı

Bakıda yanğın: 1 nəfərin meyiti tapıldı

5 may 2024 , 09:21
Bakıda qəza törədən şəxslər jurnalistlərə HÜCÜM ÇƏKDİ  -VİDEO

Bakıda qəza törədən şəxslər jurnalistlərə HÜCÜM ÇƏKDİ -VİDEO

5 may 2024 , 03:19
Bakıda "BMW" ilə "Khazar" toqquşdu

Bakıda "BMW" ilə "Khazar" toqquşdu

5 may 2024 , 01:44