Azərbaycanda doğuş zamanı FACİƏ:  Ana öldü
31 oktyabr 2022 17:41 (UTC +04:00)

Azərbaycanda doğuş zamanı FACİƏ: Ana öldü

Respublika Klinik Xəstəxanasında ana övladını dünyaya gətirdikdən sonra ölüb.

Lent.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) rəsmisi Zamira Adilova məlumat verib. 

Oktyabrın 30-da ana Respublika Klinik Xəstəxanasının Hamiləliyin patologiyası şöbəsinə ağır vəziyyətdə yerləşdirilib. 34-35 həftəlik hamilə olan qadına normal yerləşmiş ciftin vaxtından əvvəl hissəvi ayrılması, qanaxma, HELLP sindromu diaqnozları qoyulub. Keysəriyyə əməliyyatı ilə cinsi qadın, çəkisi 2100 qram, boyu 45 santimetr olan körpə doğulub.

Əməliyyatdan sonra pasiyent Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə köçürülüb. Həkimlərin səylərinə baxmayaraq ana vəfat edib. Ona poliorqan çatışmazlığı, HELLP sindromu, DDL sindromu, vaxtından əvvəl operativ doğuş, ciftin vaxtından əvvəl ayrılması diaqnozları qoyulub.

# 3585
avatar

Fidan İlqar

Oxşar yazılar