Azərbaycanda  daha bir FACİƏ:   18 yaşlı qız doğuşdan sonra öldü -  YENİLƏNİB
18 oktyabr 2022 16:29 (UTC +04:00)

Azərbaycanda daha bir FACİƏ: 18 yaşlı qız doğuşdan sonra öldü - YENİLƏNİB

TƏBİB sentyabrın 28-də Tovuz rayonunun Alakol kənd sakini, 18 yaşlı Z.Əliyevanın rayon Mərkəzi xəstəxanasında ana olduqdan 19 gün sonra vəfat etməsinin səbəbini açıqlayıb.

Lent.az-ın xəbərinə görə, TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki,  Z.Ə. sentyabrın 28-də saat 07:19 radələrində Tovuz Rayon Mərkəzi Xəstəxanasının Mamalıq və Ginekologiya şöbəsinə yerləşdirilib.

40 həftəlik hamiləlik, doğuşun birinci dövrü diaqnozu ilə yerləşdirilən pasiyentin saat 09:58-də doğuşu baş tutub və cinsi kişi olan 3 700 çəkidə olan diri uşaq dünyaya gəlib.

Sentyabrın 29-da gecə saat 2 radələrində xəstədə kəskin ağciyər və ürək çatışmazlığı baş verib. Həkimlərin səyi nəticəsində pasiyentin vəziyyəti stabilləşib. Həmin gün xəstə Anesteziologiya və reanimasiya şöbəsinə köçürülüb. 30.09.2022-ci il tarixində xəstənin vəziyyəti yenidən pisləşib, kliniki ölüm keçirib və süni tənəffüs aparatına qoşulub. Həkimlərin səyi nəticəsində pasiyentin ürək fəaliyyəti bərpa olunub, vəziyyəti stabilləşib.

Oktyabrın 1-də pasiyent Bakı şəhərində yerləşən tibb müəssisəsinə təxliyyə edilib. Ayın 8-də xəstə kafi vəziyyətdə xəstəxanadan evə buraxılıb.

Oktyabrın 17-də yenidən Tovuz Rayon Mərkəzi Xəstəxanasına müraciət edən pasiyentdə ürək və ağciyər çatışmazlığı müşahidə edilib. Göstərilən bütün tibbi xidmətlərə baxmayaraq Reanimasiya şöbəsinə yerləşdirilən pasiyentin həyatını xilas etmək mümkün olmayıb.

Hazırda bununla bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır.

***

15:19

Tovuzda doğuşdan 19 gün sonra ana ölümü baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, sentyabrın 28-də rayonun Alakol kənd sakini, 18 yaşlı Z.Əliyeva rayon Mərkəzi xəstəxanasına doğuş üçün gətirilib.

Qadın xəstəxanada oğlan uşağı dünyaya gətirib. Xəstəxanadan bildirilib ki, doğuşdan sonra ananın vəziyyəti ağırlaşdığına görə, müalicə üçün Bakıya aparılıb. Bir neçə gün sonra vəziyyəti yaxşılaşan qadın yaşadığı evə gətirilib. Lakin ötən gün yenidən halı pisləşən 18 yaşlı ana ağır vəziyyətdə Tovuz Mərkəzi xəstəxanasına çatdırılıb və orada keçinib.

Hazırda faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3687
avatar

Oxşar yazılar

Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05