Azərbaycanda 6 qız atası olan aşığın meyiti TAPILDI  - FOTO  - YENİLƏNİB
25 noyabr 2021 18:15 (UTC +04:00)

Azərbaycanda 6 qız atası olan aşığın meyiti TAPILDI - FOTO - YENİLƏNİB

Tovuzda çay kənarından meyiti tapılan aşıqla bağlı bəzi təfərrüatlar məlum olub.

Lent.az-ın yerli sakinlərdən əldə etdiyi məlumata görə, 67 yaşlı aşıq Zahid Qasımov 4 gün əvvəl toylara getmək adı ilə evdən çıxıb. Lakin sonra onunla əlaqə kəsilib.

Sakinlərin sözlərinə görə, o tez-tez qonşu kəndlərdə təşkil olunan şənliklərə və restoranlarda məclislərə qatılırmış.

İddialara görə, Z. Qasımov 4 gün əvvəl yenə adəti üzrə məclislərdə iştirak üçün gedib. Ehtimal olunur ki, o məclislərdən qayıdarkən Əsrik Cırdaxan kəndindəki körpüdən çaya yıxılıb.

Z. Qasımov ailəli olub, onun 6 qızı var.

***

saat 14:53

Noyabrın 20-də Tovuz rayonunda itkin düşən şəxsin meyiti tapılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, rayonun Əyyublu kənd sakini, 67 yaşlı Qasımov Zahid İbrahim oğlunun meyiti Əsrik Cırdaxan kəndində çayda aşkarlanıb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, Zahid Qasımovun noyabrın 20-də evdən çıxdığı, bir daha geri qayıtmadığı bildirilib. Mərhumun Tovuzda tanınmış aşıq olduğu bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8798

Oxşar yazılar