Sabirabad rayonunda bədbəxt hadisə baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad şəhəri İ.Qayıbov küçəsində qeydə alınıb.
Sabirabad şəhər sakini, 2019-cu il təvəllüdlü Cəfərzadə Mirəli Miryaqub oğlu beşmərtəbəli binanın 3-cü mərtəbəsindən yıxılaraq kəllə-beyin travması alıb.
Azyaşlı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, əməliyyata götürülüb.