Azərbaycanda 15 yaşlı qız  oğurlandı
14 noyabr 2022 13:01 (UTC +04:00)

Azərbaycanda 15 yaşlı qız oğurlandı

Noyabrın 11-də 15 yaşlı qızın qaçırılması barədə Tovuz rayon Polis Şöbəsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Lent.az-a bildirib ki, dərhal polis əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirib və müəyyən edilib ki, Şəmkir rayon Kür qəsəbə sakini, 15 yaşlı A. Qasımova (ad soyad şərtidir) Tovuz rayon sakini, 28 yaşlı  E. Mehdiyev ilə görüşüb, könüllü şəkildə qaçıblar. Polis əməkdaşları onların yerini müəyyən edərək, azyaşlının valideynlərinə təhvil verib. 

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

# 2259
avatar

Arzu Qurbanlı

Oxşar yazılar