Azərbaycanda 100 nəfər zəhərləndi:  5 ölü
04 iyun 2024 10:17 (UTC +04:00)

Azərbaycanda 100 nəfər zəhərləndi: 5 ölü

May ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 100 nəfər qəbul edilib.

Mərkəzdən Lent.az-a verilən xəbərə görə, şöbəyə qəbul edilən xəstələrdən 42 nəfər dərmandan, 24-ü sirkə turşusundan, 9-u etanoldan, 3-ü dəm qazından zəhərlənən şəxslərdir.

Həmçinin 6 nəfər allergik reaksiya, 11 nəfər ilan sancması, 1 nəfər göbələk, 4 nəfər anaflaksiya səbəbilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 5-i (3 nəfər kişi cinsli, 2 nəfər qadın cinsli) dünyasını dəyişib.

Ölüm halları dərman, sirkə turşusu, ilan sancması və etanol zəhərlənmələrindən qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2301
avatar

Oxşar yazılar