Azərbaycana qanunsuz mal göndərən iş adamı CƏZALANDIRILDI
08 sentyabr 2023 10:08 (UTC +04:00)

Azərbaycana qanunsuz mal göndərən iş adamı CƏZALANDIRILDI

Krasnoyarsk diyarının Lesosibirsk şəhər məhkəməsində taxta qaçaqmalçılığı ilə bağlı proses keçirilib.

Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, “Altun” MMC-nin direktoru odunu gömrükdən qanunsuz olaraq Azərbaycan, Özbəkistan, Şimali Koreya və Tacikistana keçirib. O, 19 milyon rubl (təxminən 328 min 700 manat) dəyərində qanunsuz taxta göndərib.

Məhkəmə həmin iş adamını 12 cinayətdə təqsirli bilib. O, 4 il şərti həbs və 400 min rubl (təxminən 6920 manat) cərimə cəzasına məhkum edilib.

# 4866
avatar

Mehman Nəbiyev

Oxşar yazılar