Azərbaycan Xokimcon İbronovu həbs edib ölkəsinə verdi
18 avqust 2025 16:10 (UTC +04:00)

Azərbaycan Xokimcon İbronovu həbs edib ölkəsinə verdi

Tacikistan Respublikasının vətəndaşı 1983-cü il təvəllüdlü İbronov Xokimcon İmomconoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Bu barədə Lent.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Tacikistanda xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi əməlinin törədilməsində təqsirləndirilən beynəlxalq axtarışa elan edilmiş İbronov Xokimcon İmomconoviç 2025-ci ilin may ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, o, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə  Tacikistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 497

Oxşar yazılar