Azərbaycan Ordusunun zabiti ÖZÜNÜ GÜLLƏLƏDİ
20 mart 2024 22:49 (UTC +04:00)

Azərbaycan Ordusunun zabiti ÖZÜNÜ GÜLLƏLƏDİ

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin zabiti, Musayev Şəhriyar Nizami oğlunun odlu silahdan istifadə edərək özünü öldürməsi barədə Füzuli Hərbi Prokurorluğuna məlumat verilib.

Azərbaycanın Hərbi Prokurorluğunun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Füzuli Hərbi Prokurorluğunun və Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Füzuli Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

# 3366
avatar

Oxşar yazılar