"Ayxan" marketdə güclü yanğın - VİDEO  - YENİLƏNİB
19 mart 2024 09:49 (UTC +04:00)

"Ayxan" marketdə güclü yanğın - VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində marketdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın nəticəsində, ilkin hesablamaya əsasən, marketin 700 kv.m. sahədə anbarı yanıb.

Yanğın zamanı anbarın içərisindəki ərzaq malları yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb.

Bitişik ümumi sahəsi 1100 kv.m. olan ikimərtəbəli anbar yanğından mühafizə olunub.

***

08:44

Bakının Sabunçu rayonunda yerləşən marketin anbarında yanğın olub.

Lent.az xəbər verir ki, hadisə “Zabrat 1” qəsəbəsində “Ayxan” marketdə qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin 6 texnikası cəlb edilib. Alovun qarşısı alınıb.

Obyektin qalan hissəsi isə yanğından mühafizə olunub. Yanğın səbəbindən ətraf ərazilərdə elektrik enerjisinin verilişi dayandırılıb.

# 5106
avatar

Fidan İlqar

Oxşar yazılar