Ayrıldığı 17 yaşlı  qızı öldürüb   intihar etdi
14 mart 2024 16:21 (UTC +04:00)

Ayrıldığı 17 yaşlı qızı öldürüb intihar etdi

Aydının Nazilli rayonunda 19 yaşlı gəncin ondan ayrılan 17 yaşlı qızı öldürüb, sonra başına atəş açaraq intihar edib. 

Lent.az xarici KİV-ə istinadən bildirir ki, Uzun Çarşıdakı camaşırxanadan əldə edilən məlumata görə, 19 yaşlı İbrahim Ölece keçmiş sevgilisi olduğu məlum olan və ondan ayrılan 17 yaşlı Ömür Aslanın işlədiyi camaşırxanaya gəlib. O, mağazanın qarşısına gəlib, çantasında gətirdiyi silahı çıxarıb mağazanın içində Aslanı qovmağa başlayıb. Olece gənc qızı tapança ilə vurub, sonra tapança ilə başına atəş açıb.  

Hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib. Həkimlər Olece və Aslanın hadisə yerində dünyasını dəyişdiyini müəyyən edib. 

İki gəncin daha əvvəl başqa bir iş yerində birlikdə çalışdıqları, Ömür Aslanın isə daha sonra indiki iş yerində işləməyə başladığı və İbrahim Olecedən ayrıldığı öyrənilib. Bildirilib ki, gənc qızın anası Olecenin qızını narahat edəcəyini düşünərək səhər işə gedərkən Aslanı tək qoymayıb.

# 2718
avatar

Oxşar yazılar