AXCP-nin rayon təşkilatının sədri narkotiklə tutuldu
19 mart 2024 10:13 (UTC +04:00)

AXCP-nin rayon təşkilatının sədri narkotiklə tutuldu

Sosial şəbəklərdə AXCP-nin Daşkəsən rayon təşkilatının sədri Sahib Məmmədzadənin saxlanması ilə bağlı məlumatlar yayılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən S.Məmmədzadə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.

# 3639
avatar

Oxşar yazılar