Bakıda külli miqdarda mənşəyi məlum olmayan ət aşkar edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 8-də saat 14 radələrində Yasamal rayonu ərazisində Tərtər rayon sakini Elgiz Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılıb. Avtomobilə baxış zamanı oradan 120 kiloqram çəkidə mənşəyi məlum olmayan ət məhsulu aşkar edilib.
Akt tərtib olunaraq, sürücü avtomobillə birgə Qida Təhlükəsizliyi Agentliyinə təhvil verilib.