Avtomobil dərəyə  aşdı
31 mart 2022 04:49 (UTC +04:00)

Avtomobil dərəyə aşdı

Ağstafada avtomobil dərəyə aşıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə Ağstafa rayonunun Dağ Kəsəmən kəndində “VAZ” markalı minik avtomobilinin dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1785

Oxşar yazılar