Ata və oğul 9 yaşlı qızı zorlamaqda   ittiham olunur
05 dekabr 2023 16:45 (UTC +04:00)

Ata və oğul 9 yaşlı qızı zorlamaqda ittiham olunur

Tümen rayon Məhkəməsi uşağı zorlamaqda təqsirləndirilən ata və oğul barəsində həbs qətimkan tədbirinin müddətini uzadıb.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, ata və yetkin oğul 2023-cü ilin mayında doqquz yaşlı qızı zorlayıb. Həmin şəxslər Tümen vilayətinin Armizonski rayonunda olublar və azyaşlının köməksiz vəziyyətindən istifadə edərək, uşağın cinsi toxunulmazlığına qarşı cinayət törədiblər.

Cinayət işi üzrə təqsirləndirilən hər iki şəxs təqsirlərini etiraf etmir, onların zorlamada iştirakı tibbi ekspertiza və müstəntiqlər tərəfindən toplanmış digər sübutlarla təsdiqlənir.

Məhkəmənin qərarına əsasən, həmin şəxslər 2024-cü il fevralın ortalarına qədər həbsdə olacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3954
avatar

Oxşar yazılar