Rusiyanın Arxangelsk şəhərində cinsi xarakterli zorakılıq hərəkətləri etməkdə şübhəli bilinən yerli sakinə qarşı iş açılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, 2019-cu ildə kişi həyat yoldaşının 2012 və 2015-ci il təvəllüdlü iki qızını övladlığa götürüb. Həmin andan əvvəllər quldurluq və oğurluq cinayətlərinə görə məhkum olunmuş ögey ata qızları incitməyə, onlara təcavüz etməyə başlayıb.
2021-ci ildə o, disfunksiyalı valideyn kimi qeydiyyata alınıb və bu yaxınlarda həyat yoldaşı ilə uşaqları kişini tərk etmək qərarına gəlib. Bundan sonra 2-ci və 5-ci sinif şagirdi hər şeyi məktəbin sosial işçisinə danışıb, o, polisə məlumat verib.
38 yaşlı pedofil saxlanılıb, “Seksual xarakterli zorakılıq hərəkətləri” maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.