Arvadının  sevgilisini   dəmirlə döyüb öldürdü
19 fevral 2024 15:54 (UTC +04:00)

Arvadının sevgilisini dəmirlə döyüb öldürdü

0

Çelyabinskdə yerli sakin yanvarın 19-na keçən gecə arvadının sevgilisini təkər dəmiri ilə döyüb. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu məlumatı Rusiya İstintaq Komitəsinin region üzrə mətbuat xidmətindən təsdiqləyiblər.

“Bu faktla bağlı araşdırma aparılır. Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir”, - mətbuat xidmətindən bildirilib.

Xəbər verilir ki, zərərçəkmiş qadınla tanış olub və tez onunla yaşamağa başlayıb. Ona ərinin olması barədə heç nə deməyib. Lakin əri onların münasibətini aşkar edib, sərxoş halda onların yanına gəlib və arvadının yeni sevgilisini təkər dəmiri ilə döyərək öldürüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4576

Oxşar yazılar