Arvadını bıçaqlayıb qaçdı: Elə bildi ki...
04 avqust 2022 15:30 (UTC +04:00)

Arvadını bıçaqlayıb qaçdı: Elə bildi ki...

Abşeronda bıçaqlanma hadisəsi baş verib. 

Lent.az-ın məlumatına görə, hadisə Mehdiabad qəsəbəsində baş verib. Qəsəbə sakini Qurban İsmayılov yaşadığı evdə qısqanclıq zəmində arvadı Şəhruzəni bıçaqlayıb.

Arvadının öldüyünü zənn edən Qurban İsmayılov evdən qaçıb. Şəhruzə İsmayılova isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

Hazırda polis hadisəni törədən şəxsin tutulması istiqamətində axtarışları davam etdirir.
 

# 2331
avatar

Aytəkin Cəlali

Oxşar yazılar