Ər sosial şəbəkədə həyat yoldaşı ilə mesajlaşan qohumunu güllələyib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Türkiyənin Samsun şəhərində qeydə alınıb.
Samsunun Gökçeli məhəlləsində bayramın ilk günü yaxınlarından biri ilə gəzən İbrahim Keskinin qarşısına arvadı ilə danışdığı iddia olunan M.K.. çıxıb.
Dostunu qorumaq üçün qarşısına keçsə də, tapança ilə atəş açan M.K.. İbrahim Keskini ağır yaralayıb.
Hadisə yerinə polis və tibb işçiləri gəlib. Təcili yardımla Salipazarı Dövlət Xəstəxanasına aparılan Kəskin bütün müdaxilələrə baxmayaraq həyatını itirib.
Polis qrupları M.K.-nı yaxalayıb. Polis idarəsində prosedurları tamamlanan şübhəli tutularaq həbsxanaya göndərilib. İbrahim Keskin silahla açılan atəşlə öldürüldüyü anların təhlükəsizlik kamerası görüntüləri ortaya çıxıb.