Aptekdən oğurluq anı
09 avqust 2021 09:47 (UTC +04:00)

Aptekdən oğurluq anı

Aptekin pəncərəsini sındırıb oğurluq etmək istəyən tutuldu-FOTO

Tovuzda aptekdən oğurluq etmək istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, gecə saatlarında şöbəyə rayon ərazisindəki apteklərdən birinə kənar şəxsin qeyri-qanuni yolla daxil olması barədə “Həyacan” siqnalı daxil olub. Dərhal Mühafizə Polisinin əməkdaşları hadisə yerinə gəlib və aptekin arxa pəncərəsini sındıraraq içəri daxil olan şəxsi saxlayıb.

Araşdırmalar nəticəsində məlum olub ki, cinayəti törədən şəxs əvvəllər məhkum olunmuş Elçin Rzayev içəri daxil olaraq oradan nağd pul oğurlamaq istəyib. Şübhəli şəxs istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1302
avatar

Mehman Nəbiyev

Oxşar yazılar