Manisanın Yunusemre rayonunda oğul anasını tapança ilə öldürüb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Manisada baş verən hadisədə 27 yaşlı Ozan U. ilə anası 52 yaşlı Beyaz U. arasında hələ məlum olmayan səbəbdən mübahisə düşüb.
Mübahisədən sonra Ozan U. anasının başına atəş açaraq qaçıb. Hadisə yerinə gələn polis və həkimlər Beyaz U.nun öldüyünü bildiriblər.
Araşdırmalar nəticəsində O.U.nun İzmirə qaçdığı müəyyən edilib. Əməliyyat zamanı şübhəli şəxs nəzarətə götürülüb.