Omsk vilayətində meşədən yeni doğulmuş körpə tapılıb.
Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, uşağı yoldan keçən və ağlama səsi eşidən 50 yaşlı qadın tapıb. O, hadisə yerində göbək bağı açılmış və yeni doğulmuş uşaq görüb. O, uşağı gödəkçəyə büküb və təcili yardım çağırıb.
Regional klinik xəstəxananın həkimlərinin dediyinə görə, körpə tapılandan bir neçə saat əvvəl doğulub.
Hazırda polis ananı axtarır və bütün lazımi tədbirləri görür. Faktla bağlı cinayət işi açılıb.