Rusiyanın Moskva vilayətində fərdi yaşayış evində yanğın olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə səhər tezdən Ximki şəhər rayonunun Kluşino kəndində baş verib. Nəticədə iki uşaq və onların anası ölüb.
Ölən qadının 43, qızının 13, oğlunun isə 10 yaşı olub. Ailənin digər uşağı, 7 yaşlı oğlan isə xəsarətlər alıb.
Faktla bağlı cinayət işi açılıb. Yanğının dəqiq səbəblərini müəyyən etmək üçün yanğın-texniki ekspertiza aparılacaq.