3 saylı İstintaq təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Pentiensiar Xidmətdən Lent.az-a verilən məlumata görə, məhkum Orxan Davud oğluna anası Bakı şəhər sakini Rəhilə Həsən qızı Quliyevanın gətirdiyi sovqata baxış keçirilib. Bu zaman oradakı köynəyin sol cibində gizlədilmiş bükülüdə ümumi çəkisi 0,119 qram narkotik maddə - heroin aşkar edilib.
Orxan Davudoğlu Cinayət Məcəlləsinin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Hazırda 3 saylı İstintaq təcridxanasında saxlanılır.
Faktla bağlı araşdırma aparılır.