Aktrisanın 9 milyonunu  oğurladılar
26 mart 2024 13:04 (UTC +04:00)

Aktrisanın 9 milyonunu oğurladılar

Rusiyalı aktrisa Yevgeniya İqumnovanın doqquz milyon rublu (təxminən 166 min 500 manat) oğurlanıb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, naməlum şəxslər onun Sankt-Peterburqun Tyarlevo kəndindəki evinə daxil olublar.

Məlumata görə, “Ələddin” cizgi filmində Şahzadə Yasemini səsləndirən aktrisa qarət olunub. Oğrular evin qapısını sındıraraq içəridən iki cüt bahalı saat, kulon, sırğa, 11 üzük və üstündə beş min dollar çıxarıblar.

İqumnova polisə ərizə yazıb. Cinayət əsasında xüsusilə külli miqdarda oğurluq maddəsi ilə cinayət işi açılıb.

# 3339
avatar

Oxşar yazılar