Akif Çovdarovun 13 milyonluq əmlakının müsadirəsi ilə bağlı YENİ QƏRAR
25 aprel 2023 13:48 (UTC +04:00)

Akif Çovdarovun 13 milyonluq əmlakının müsadirəsi ilə bağlı YENİ QƏRAR

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş idarə rəisi, general-mayor Akif Çovdarov və keçmiş MTN polkovniki Səlim Məmmədovun əmlaklarının müsadirədən azad olunması qərarından verilmiş prokurorun protestinə və maraqlı şəxsin şikayətinə baxılıb.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı protestin dəlillərini əsaslandırıb.

Prokuror Akif Çovdarovun yaxınlarına qaytarılmış 13 milyonluq, Səlim Məmmədova qaytarılmış 161 min manatlıq əmlakın xüsusi müsadirədən azad olunmasının əsassız və qanunsuz olduğunu bildirərək, həmin qərarın ləğv edilməsini, cinayət işini əmlaklarla bağlı hissədə apellyasiya baxışına qaytarılmasını xahiş edib.

Akif Çovdarovun vəkilləri Kamandar Nəsibov, Sadiq Rəsulov, eyni zamanda Səlim Məmmədovun vəkili isə sözügedən əmlakların cinayət iştirakçısı olmayan şəxslərə məxsus olduğunu, cinayət yolu ilə əldə edilmədiyini qeyd edərək protestin rədd edilməsini istəyiblər.

Bundan başqa, 8-ci kilometr bazarının 50 faizlik payı ilə bağlı maraqlı şəxs - Çingiz Əsədovun da şikayəti dinlənilib.

İclasda qərar elan olunub.

Məhkəmə prokurorun protestini əsaslı hesab edib. İş əmlaklarla bağlı hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

Eyni zamanda zərərçəkmiş və mülki iddiaçı Cəfər Səfərovun kassasiya şikayəti də təmin olunub. İş üzrə maraqlı şəxs Çingiz Əsədovun şikayəti isə qismən təmin edilib.

Xatırladaq ki, Akif Çovdarov və Səlim Məmmədov 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

2020-ci ildə imzalanmış əfv sərəncamı ilə Akif Çovdarov, 2022-ci ilə imzalanmış əfv sərəncamı ilə Səlim Məmmədov azadlığa buraxılıb.

2022-ci ilin dekabr ayında Bakı Apelyasiya Məhkəməsi Akif Çovdarovun yaxınlarına məxsus 30 milyonluq əmlakın müsadirədən azad olunaraq sahiblərinə qaytarılması barədə qərar qəbul edib. Bundan başqa, Səlim Məmmədovun da əmlakları xüsusi müsadirədən azad olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1983
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21