Ağsuda narkotacir saxlanılıb
10 dekabr 2023 17:35 (UTC +04:00)

Ağsuda narkotacir saxlanılıb

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər də bir neçə dəfə məhkum olunmuş Xalid Osmanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkar edilib. Davam etdirilən tədbirlərlə X.Osmanovun yaşadığı ünvana da baxış keçirili, oradan satış məqsədilə kibrit qutularında və kağız bükümlərdə saxladığı marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 2 nəfər də məsuliyyətə cəlb olunub.

# 1878
avatar

Oxşar yazılar

Kişi ad günündə  ilbiz yeyib öldü

Kişi ad günündə ilbiz yeyib öldü

29 fevral 2024 , 13:00
Vilayət Eyvazov onu rəis təyin etdi

Vilayət Eyvazov onu rəis təyin etdi

29 fevral 2024 , 12:42
Səfərbərlik Xidmətinin 136 əməkdaşı korrupsiyaya görə  cəzalandırıldı

Səfərbərlik Xidmətinin 136 əməkdaşı korrupsiyaya görə cəzalandırıldı

29 fevral 2024 , 12:23
Azərbaycanda rüşvət alan sabiq məmur HƏBS EDİLDİ

Azərbaycanda rüşvət alan sabiq məmur HƏBS EDİLDİ

29 fevral 2024 , 11:54
Bakı metrosunda cibgirlik edən saxlanıldı

Bakı metrosunda cibgirlik edən saxlanıldı

29 fevral 2024 , 11:51
Aeroport yolunda qəza tıxac yaratdı

Aeroport yolunda qəza tıxac yaratdı

29 fevral 2024 , 11:09
Azərbaycanda şagird dünyasını dəyişdi

Azərbaycanda şagird dünyasını dəyişdi

29 fevral 2024 , 11:01
Cibində 12 min manat  olan gödəkcə oğurlandı

Cibində 12 min manat olan gödəkcə oğurlandı

29 fevral 2024 , 10:57