Aprelin 8-də Ağstafa rayon sakini, 1988-ci il təvəllüdlü Günel Məmmədovanın müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Lent.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
Rayon Polis Şöbəsində araşdırmalar başlanılaraq müvafiq ekspertiza təyin olmuşdur.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, yumruq və təpiklə zərərçəkənə həyat yoldaşı Ayaz Məmmədov xəsarət yetirib.
Aprel ayının 13-də G. Məmmədovanın ata evində ölməsi ilə bağlı Ağstafa Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
Hazırda ölümün səbəblərinin müəyyən edilməsi istiqamətində ekspertiza təyin olunub.
Hadisəni törətməkdə şübhəli bilinən Ayaz Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırmalar davam etdirilir
: