Ağstafada yük qatarı 14 yaşlı oğlanı vurub öldürdü -  YENİLƏNİB
04 aprel 2023 20:35 (UTC +04:00)

Ağstafada yük qatarı 14 yaşlı oğlanı vurub öldürdü - YENİLƏNİB

Aprelin 4-də saat 18:20-də Ağstafa rayonu Tatlı stansiyasının dəmir yolu xəttinin yaxınlığında Ağstafa rayonu, Köçəsgər kənd sakini, 14 yaşlı Bayramov Elşən Elşad oğlunun meyidi aşkar olunub. 

Bu barədə Lent.az-a Azərbaycan Dövlət Dəmir Yollarından bildirilib.

Hadisə barədə hüquq mühafizə orqanları dərhal məlumatlandırılıb və aidiyyəti üzrə araşdırma aparılır.
 

***

19.38

Ağstafa sakinini yük qatarı vuraraq öldürüb.

Bu barədə Lent.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Gəncə Dəmiryolu Xətt Polis Şöbəsinin Ağstafa Xətt Polis Bölməsinə bir nəfərin qatar vurması barədə məlumat daxil olub.

Dərhal Gəncə Xətt Polis Şöbəsinin və Ağstafa rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar nəticəsində yük qatarının Ağstafa rayon sakini, 14 yaşlı Elşən Bayramovu vuraraq öldürməsi məlum olub.

Hazırda rayon prokurorluğunda hadisənin baş vermə səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4185
avatar

Oxşar yazılar