Ağdaşda avtomobil piyadanı vurub.
Lent.az-ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib.
Murad Əsədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 16 yaşlı Yusif Məmmədovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Qeyd edək ki, mərhum Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin I kurs tələbəsidir.