Ağdaşda DƏHŞƏTLİ   qəza: 2 ÖLÜ, 4 YARALI
19 yanvar 2024 21:40 (UTC +04:00)

Ağdaşda DƏHŞƏTLİ qəza: 2 ÖLÜ, 4 YARALI

Ağdaşda 2 nəfərin ölümü ilə nəticələnən qəza baş verib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, yanvarın 19-u saat 18 radələrində Ağdaş rayonunun Şəmsabad kəndi ərazisində “VAZ-2106” və “Mercedes” markalı avtomobillər toqquşub. 

Hadisə nəticəsində “VAZ”-ın sürücüsü, 1967-ci il təvəllüdlü Vidadi Mamedov və 1957-ci il təvəllüdlü sərnişini Qnyaz Salmanov aldığı xəsarətlərdən vəfat edib. Digər avtomobilin sürücüsü Baba Babayev və iki nəqliyyat vasitəsində olan 4 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5106
avatar

Oxşar yazılar