Ağcabədidə atasının qaçırdığı qızla bağlı  AÇIQLAMA
04 noyabr 2022 18:26 (UTC +04:00)

Ağcabədidə atasının qaçırdığı qızla bağlı AÇIQLAMA

Gəncədə sığınacaqda yaşayan 19 yaşlı zərərçəkən qız taksi ilə Bakıya gələrkən atası müəmmalı şəkildə onu tapıb və zorla Ağcabədiyə aparıb.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

Məlumata görə, qaçırılan qız 16 yaşında erkən nikaha məcbur edilib. Lakin evlilik həyatı uğursuz olduğundan ailəsinin yanına qayıdıb və 3 il ərzində ailə üzvləri tərəfindən zorakılığa məruz qalıb.

Son dönəmdə Gəncədəki sığınacağa yerləşdirilib. Atasının narkotik vasitə aludəçisi olduğu və amansız zorakılıqlar edə biləcəyi deyilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a bildirilib ki, Ağcabədi rayon sakini 2003-cü il təvəllüdlü A.Z.-nın ailə üzvləri tərəfindən fiziki zorakılığa qalması iddiaları ilə bağlı aidiyyəti şəxslər polis şöbəsinə dəvət olunub:

“Onların izahatları alınıb, müvafiq ekspertiza təyin olunub. Hazırda araşdırmalar davam etdirilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4341
avatar

Fidan İlqar

Oxşar yazılar