Ağac kəsən azərbaycanlı həbs olundu
01 mart 2024 11:45 (UTC +04:00)

Ağac kəsən azərbaycanlı həbs olundu

Rusiyanın Vladimir şəhərində qadını hədələyən azərbaycanlı mühakimə olunacaq. 

Lent.az yerli mediaya istinadla bildirir ki, Vladimirdə Azərbaycan vətəndaşına qarşı cinayət işi üzrə istintaq yekunlaşıb. O, qanunsuz olaraq ağacları kəsməkdə və sağlamlığa xəsarət yetirməklə hədələməkdə ittiham olunub. İstintaq müəyyən edib ki, 27 yaşlı təqsirləndirilən şəxs 2023-cü il noyabrın 13-də Vladimir şəhərinin Verxnyaya Dubrova küçəsində ladin ağacını kəsərək şəhər rəhbərliyinə maddi ziyan vurub. Belə özbaşınalığı görən bir qadın kişiyə irad bildirib. Kişi isə ona qarşı təhdidlər etməyə başlayıb. Qadın onun hədələrini ciddi qəbul edib.

Azərbaycanlıya qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 260-cı maddəsi (meşə əkinləri kimi təsnif edilməyən ağacların qanunsuz kəsilməsi), 119-cu maddəsi (sağlamlığa ağır zərər vurma təhlükəsi) maddələri ilə ittiham élan olunub. Həmin şəxs həbs edilib.

Cinayət işi məhkəməyə göndərilib.

# 2586
avatar

Mehman Nəbiyev

Oxşar yazılar