Azərbaycanda ŞOK: oğul verilişə baxan  anasını vəhşicəsinə döydü
13 fevral 2026 16:21 (UTC +04:00)

Azərbaycanda ŞOK: oğul verilişə baxan anasını vəhşicəsinə döydü

0

Abşeronda kişi anasını döyüb.

Lent.az-ın məlumatına görə, hadisə Saray qəsəbəsi, Üzümçülük sovxozunda qeydə alınıb.

Əvvəllər narkotiklərə görə məhkum olunmuş 47 yaşlı Mərdan Həmzəyevin (ad və soyad şərtidir) anası evdə onun izləmək istədiyi verilişə yüksək səslə baxırmış. Bu zaman o, 76 yaşlı anasına irad bildirib və tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Mərdan anasının sifət və baş nahiyəsinə əl və yumruqla çoxlu zərbələr vurub. Nəticədə yaşlı qadın xəsarətlər alıb.

Bu əməlinə görə M. Həmzəyev saxlanılıb və barəsində cinayət işi açılıb.

Məhkəmə istintaqı zamanı tərəflər barışıblar. Hər iki tərəf dəymiş ziyanın ödənildiyini və barışıq əldə olunduğunu deyərək, cinayət işinə xitam verilməsini istəyiblər.

Abşeron rayon Məhkəməsinin qərarı ilə cinayət təqibinə xitam verilib və M. Həmzəyev məsuliyyətdən azad olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 576

Oxşar yazılar