Doqquz uşaq anası iki körpəsinin cəsədini soyuducuda gizlətdi
13 fevral 2026 13:43 (UTC +04:00)

Doqquz uşaq anası iki körpəsinin cəsədini soyuducuda gizlətdi

0

Fransanın Yuxarı Sona departamentində doqquz uşaq anası olan 50 yaşlı qadın iki körpənin qətlində şübhəli bilinərək həbs edilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, yeni doğulmuş körpələrin cəsədləri şübhəlinin Ayviller-e-Liomont kommunasındakı evində soyuducuda aşkar edilib. Qadının qəfil yoxa çıxması polisin diqqətini cəlb edib: o, yaxınlarını xəbərdar etmədən evi tərk edib.

Hazırda evdə onun oğullarından biri yaşayır, lakin onun ifadəsinin məzmunu açıqlanmır. Qadın fevralın 11-də paytaxt bölgəsində saxlanılıb və ona ikiqat körpə qətli ittihamı irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar