Goradil qəsəbəsində ağır yol-nəqliyyatı hadisəsi baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Pirşağı-Goradil yolunda qeydə alınıb.
“Lada” markalı avtomobili idarə edən 1980-ci il təvəllüdlü Əhmədov Fəxri Əkbər oğlu sükana nəzarəti itirərək avtomobili aşırıb. Nəticədə avtomobilin sürücüsü və sərnişinləri - 1982-ci il təvəllüdlü Əhmədova Vüsalə Məmmədrza qızı, 1986-ci il təvəllüdlü Rüstəmova Könül Vaqif qızı, 1999-cu il təvəllüdlü Ağayeva Əsubə Mehdi qızı və 1975-ci il təvəllüdlü Əhmədov Mahir Valeh oğlu müxtəlif bədən xəsarətləri alaraq 1 saylı şəhər klinik xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.