Abşeronda evlərdən oğurluq edənlər tutuldu
15 mart 2024 12:21 (UTC +04:00)

Abşeronda evlərdən oğurluq edənlər tutuldu

Abşeronda evlərdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, müxtəlif vaxtlarda Ceyranbatan qəsəbəsində bir evdən 2220 manat dəyərində təmir alətləri, Masazır qəsəbəsində isə bir mənzildən 7450 manat dəyərində məişət əşyaları oğurlanıb.

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən müvafiq olaraq Məhəmməd Məmmədov və Qəlbinur Gülməmmədov saxlanılıblar. 

Hər iki faktla bağlı araşdırma aparılır.

# 2094
avatar

Oxşar yazılar