Abşeronda qətl törədən tutulub.
Lent.az xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1978-ci il təvəllüdlü Kənan Rəsul oğlu Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.
***
saat 01:21
Abşeronda 52 yaşlı kişi qətlə yetirilib.
Lent.az xəbər verir ki, hadisə Fatmayi qəsəbəsində qeydə alınıb.
Mehdiabad qəsəbə sakini İftixar Həşimov tanımadığı şəxs tərəfindən qətlə yetirilib.
Faktla bağlı araşdırma aparılır.