Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonları Azərbaycanın gömrük sərhədindən qanunsuz keçirmə cəhdinin qarşısını alıblar.
Lent.az-a Gömrük Komitəsindən bildirilib ki, Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Moskva-Bakı aviareysi ilə gələn Azərbaycanı vətəndaşları Hədəflərin müəyyənləşdirilməsi bölməsində nəzarətə götürüb. Həmin şəxslər "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb.
Yoxlama zamanı hər iki vətəndaşın qarın nahiyyəsində kəmərin altında, gödəkçəsinin iç cibində gömrük nəzarətindən gizlədilən və bəyan olunmayan, ümumilikdə 16 ədəd "İphone 11 64GB" markalı mobil telefon aşkarlanıb.
Vətəndaşların birinin çamadanında isə 1 ədəd "İphone 7 64GB" markalı mobil telefon, 26 ədəd qidalandırıcı başlıq, 28 ədəd USB, qulaqlıq, mobil telefon üçün qutu və onlara aid sənədlər aşkar edilib.