Putindən prezidentlik müddətinin ləğv edilməsinə MÜNASİBƏT
10 mart 2020 16:48 (UTC +04:00)

Putindən prezidentlik müddətinin ləğv edilməsinə MÜNASİBƏT

Rusiya Prezidenti Vladimir Putin konstitusiyadan bir nəfərin 2 dəfədən artıq prezident seçilməsi ilə bağlıq qadağanın götürülməsini məqsədəuyğun hesab etmədiyini açıqlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumat görə, Rusiya dövlət başçısı bu barədə bu gün Dövlət Dumasında çıxışında bildirib.

Ölkədə prezidentlik müddətinin qaldırılması ilə bağlı konstitusiyaya edilən dəyişiklik təklifinə münasibət bildirən V. Putin bunu məqsədəuyğun hesab etmədiyini qeyd edib: “Bizə alternativsiz seçki lazım deyil. Seçkilər açıq və rəqabətli olmalıdır”.

Putin qeyd edib ki, Təhlükəsizlik Şurası və Dövlət Şurası birbaşa olaraq xalq tərəfindən seçilmir "Onlar arasında prezident xarakterli ciddi səlahiyyətlərin bölüşdürülməsi fikrimcə, düzgün deyil".

 

Onun sözlərinə görə, prezident xarakterli ciddi səlahiyyətlərin Təhlükəsizlik Şurası və Dövlət Şurası arasında bölüşdürülməsi təhlükəlidir: “Birincisi, bunun demokratiya ilə heç bir əlaqəsi yoxdur, ikincisi də bu, cəmiyyətin parçalanmasına gətirib çıxaracaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1589
avatar

Oxşar yazılar