Niyə məhz SKAD: Hədəf dinc əhalidir – ARAYIŞ
12 oktyabr 2020 17:13 (UTC +04:00)

Niyə məhz SKAD: Hədəf dinc əhalidir – ARAYIŞ

 

Gəncənin Ermənistan ərazisindən SKAD raketi ilə vurulması öz təsdiqini tapdı. SKAD  böyük dağıntılar törədən raket olduğundan, ondan hətta hərbi əməliyyatlarda da nadir hallarda istifadə edirlər, mülki şəxslərə qarşı isə ümumiyyətlə, istifadə olunmur. Ermənistanın belə bir silahdan dinc əhaliyə qarşı istifadəsi bu ölkənin faşist mahiyyətini ortaya qoyur.

Bəs nədir axı bu SKAD?

“SKAD” raketi sovet dövründə istehsal olunmuş taktiki ballistik raketdir. İlk istehsal olunmuş versiyasının adı R-11, sonrakı daha inkişaf etdirilmiş variantı isə R-17 "Elbrus" adlanır. "SKAD" adı isə bu raketin NATO kod adıdır və bu ad daha çox istifadə olunur.

Raketin sürəti maksimum 1.7 km/s-dir. “SKAD” raketi ortamənzilli ballistik raketdir və nüvə başlıqlarını da daşıya bilmək iqtidarındadır. Ümumiyyətlə, son dövrlərdə dünyadakı hərbi əməliyyatlara baxsaq, görərik ki, 500 mindən artıq sakini olan şəhərə qarşı ballistik və böyük dağıdıcı gücə malik raketin atılması çox nadir hallarda baş verir.

Bir çox xüsusiyyətlərinə görə II Dünya müharibəsi zamanı faşist Almaniyası tərəfindən istehsal olunan V-2 raketinin oxşarıdır. Raketin nüvə başlığının dağıdıcı gücü 50 kiloton hesablanıb. “SKAD” raketləri istehsal olunduğu dövrdə belə onun ehtimal olunan yayınma dairəsi 450 metr təşkil edirdi.

Bu o deməkdir ki, hər hansı nöqtəyə raketi atılanda, o, həmin nöqtədən 450 metr radiusda bir əraziyə düşəcək. Bu, raketdən hərbi hədəfləri məhv etmək üçün istifadədə çətinlik yaradır, dəqiqlik yoxdur, ona görə də hərbi məqsədlə tətbiqinin heç bir effekti yoxdur.

“SKAD” ilk dəfə 1973-cü il Yom Kippur müharibəsinin sonlarında Misir tərəfindən İsrailə qarşı istifadə olunub, nəticədə 7 nəfər İsrail hərbçisi həlak olmuşdu. Sonuncu dəfə isə 11 oktyabr 2020-ci ildə Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə atılıb. Nəticədə 4-ü qadın olmaqla, 9 nəfər həlak olub, aralarında uşaqlar olan 35 nəfər yaralanıb.

Sonda bir nəticəyə gəlmək olur: Gəncəyə SKAD atmaqda Ermənistanın bir məqsədi olub - məhz dinc əhalini qırmaq. Əslində, belə bir məqsədləri olduğunu Ermənistanın hərbi-siyasi rəhbərliyi heç gizlətmirdi də...  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1090
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar

Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19
Bakıda BƏDBƏXT HADİSƏ:  Yeniyetmə məşqdə boğulub öldü

Bakıda BƏDBƏXT HADİSƏ: Yeniyetmə məşqdə boğulub öldü

14 dekabr 2024 , 03:10
Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

13 dekabr 2024 , 19:46
11 yaşlı məktəbli qız özünü asdı

11 yaşlı məktəbli qız özünü asdı

13 dekabr 2024 , 19:07
Evdə ana və 3 uşağının  meyiti tapıldı

Evdə ana və 3 uşağının meyiti tapıldı

13 dekabr 2024 , 18:15