Bakı-İstanbul aviareysi ilə gedən sərnişin gömrük nəzarəti zonasına daxil olarkən xarici valyutanı gömrük orqanına əvvəlcədən şifahi, yazılı, elektron formada bəyan etməyib.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, ona məxsus baqaj rentgen aparatından keçərkən monitorda şübhəli predmetlərin təsvirləri müşahidə edilib. Çantaya təkrar baxış keçirilməsi üçün vətəndaş yoxlama otağına dəvət olunub.
Yoxlama zamanı baqajın içərisindəki sellofan paketdə olan 1 cüt ayaqqabı, gödəkcə və paltarların arasında olan kisənin içərisindən gömrük nəzarətindən gizlədilən və bəyan olunmayan, ümumilikdə 42600 dollar aşkar edilib.