Bakı polisi martın 10-da 24 cinayətin üstünü açıb.
Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, onlardan 3-ü əvvəlki dövrlərdən bağlı qalan cinayətlər olub.
Soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 3, narkotiklərlə əlaqəli 2, oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 7 faktın açılması təmin olunub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 40 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 7 nəfər tapılaraq ailəsinə təhvil verilib.